“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilk dəfə istiqraz buraxmağa hazırlaşır.
FED.az BOKT-a istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 750 manat olacaq 200 ədəd istiqrazdan (150 min manatlıq) gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Onları təxminən 10 fiziki şəxsin əldə edəcəyi gözlənilir.
İstiqrazlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14% təşkil edəcək. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür