Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Yüksəliş Kredit İttifaqı" digər kommersiya təşkilatınin lisenziyası ləğv olunub.
Eləcə də bax: Azərbaycanda bankın lisenziyası - LƏĞV EDİLDİ
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 41-dən 40-a düşüb.
Xatırladaq ki, "Yüksəliş Kredit İttifaqı" 2000-ci ildə, Yardımlı rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. (Report)