Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Mikro Maliyyə Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 42-ə düşüb.
Xatırladaq ki, "Mikro Maliyyə Kredit İttifaqı" 2013-cü ildə, İsmayıllı rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 563 manat, qanuni təmsilçisi isə Ramil Aydın oğlu İsayevdir. (Report)