Bank Olmayan Kredit Təşkilatı “Kəpəz” MMC-nin nizamnamə kapitalındakı pay bir şəxsə ötürülüb.
FED.az xəbər verir ki, səhm kapitalının 34.4 % payına (407 min 166 manat) sahib olan Kazım Əliyev Sultan oğlu öz payını digər səhdmara - Əbülfəz Əliyev Əlihəsən oğluna satıb.
İndiyə qədər BOKT-də Əbülfəz Əliyev Əlihəsən oğlunun payı 65.6% (777 min 834 manat) idi. Yekun dəyişikliklərdən sonra onun kredit təşkilatındakı payı 100%-ə bərbər olub.
Təşkialtın nizamnamə kapitalı son bir il ərzində 815 min manat və ya 68,8% artaraq 1 milyon 185 min manatadan 2 milyon manata çatdırılıb.