"Azmikroinvest" BOKT-nın payçısı dəyişib.
FED.az xəbər verir ki, nizamnamə kapitalı faiz nisbəti bərabər olmaqla təşkilatın yeni səhmdarı Quliyeva Aysel Qüdrət qızı olub.
2022-ci ilin sonuna payçısı Əhmədzadə İlqar Müşfiq oğlu idi.
Bununla belə kredit təşkilatının nizamnamə kapiatlında azalma olub.
Belə ki, 2023-cü ilin sonuna təşkilatın nizamnamə kapiatlı 1 milyon 238 min 600 manata bərabər olub.
2022-ci illə müqayisədə bu 411 min 400 manat və ya 24,9% azalma deməkdir.
Həmin dövrdə nizamnamə kapitalı 1 milyon 650 min manat idi.
Bildirək ki, bu ilin əvvəlinə BOKT-nin nizamnamə kapitalı 1 238 600 manatdan 1 338 600 manata qaldırılıb.