"İnternational" BOKT QSC-nin carilin birinci yarısı üzrə kredit portfeli 32%-dək artıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, BOKT-un ilk yarım il ərzində kredit portfeli 27 milyon 375 min manat təşkil edib
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 598 min manat, başqa sözlə 31,8% çoxdur.
Belə ki, "İnternational" BOKT QSC-nin 2022-ci ilin birinci yarısında kredit portfeli 20 milyon 777 min manatdan çox olmuşdu.