"İDK Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, BOKT ötən ili gəlirlərinin artması və xalis mənfəətlə tamamlayıb.
Hesabat əsasən, 2023-cü ildə "İDK BOKT" MMC-nin faiz gəlirləri 265 min manat və ya yəni , 84% artaraq 580 min manat təşkil edib. Faiz xərcləri isə cəmi 76 min manat olub.
Nəticədə BOKT-un xalis faiz gəliri 504 min manat təşkil edib. Ötən il "İDK BOKT" MMC qeyri-faiz gəlirləri qismində 14 min manat gəlir əldə edib,beləki ,bura müxtəlif komissiya haqları və digər gəlirlər də aiddir.
BOKT-un qeyri-faiz xərcləri isə əvvəlki illə müqayisədə 15 min manat artaraq 215 min manat təşkil edib. Bunun 114 min manatını əmək haqqı xərcləri təşkil edib, hansı ki, il ərzində 15 min manat və ya təqribən 15% artım nümayiş etdirib.
"İDK BOKT" MMC il ərzində əmlak xərclərinə 41 min manat, əməliyyatlar üzrə xərclərə isə 59 min manat sərf edib.
Nəticədə BOKT 2023-cü ili 304 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu 2022-ci ildəki göstəricidən – 182 min manat olmuşdu – 122 min manat olub ki , bu da illik müqayisədə 67% çoxdur .
Bununla yanaşı, "İDK BOKT" MMC 2023-cü ilin nəticələrinə əsasən aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün 285 min manatlıq ehtiyat yaradıb.
Bunun 183 min manatı kredit itkiləri üzrə ehtiyatlara, 102 min manat isə digər ehtiyatlara aiddir.
Nəticədə "İDK BOKT" MMC-nin 2023-cü il üzrə vergidən əvvəlki mənfəəti 17,8 min manat olub. 3,6 min manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 14,2 min manat təşkil edib.
Hesabat dövründə "İDK BOKT" MMC-nin aktivləri 2 milyon 481 min manat təşkil edib. Bunun böyük hissəsi – 1,8 milyon manatını kredit portfeli təşkil edir. Hesablanmış faizlər 740 min manat, nağd vəsaitlər isə 102 min manat olub.
2023-cü ildə "İDK BOKT" MMC digər təşkilatlar qarşısında öhdəliklərini təqribən 90 min manat azaldıb və 780 min manatdan 690 min manata endirib.
O cümlədən BOKT Mərkəzi Bank qarşısında borcunu 2 dəfə azaldaraq 35 min manatdan 17 min manata, banklara olan kreditlərini 22 min manat, digər öhdəliklərini isə 50 min manat azaldıb.
Hesabat ilində BOKT möhkəmlənməkdə davam edərək, cəmi kapitalını bir qədər də artıraraq 1 milyon 789 min manata yüksəldib. Bunun 772 min manatı nizamnamə kapitalı, 1 milyon manatdan artıq hissə isə əvvəlki və sonuncu ilin bölüşdürülmmiş mənfəətidir.
"İDK Bank Olmayan Kredit Təşkilatı" MMC-nin - 2023-CÜ İL ÜZRƏ HESABATI