"Finoko" BOKT ASC 2021-ci ili 1 milyon 142 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Təşkilat 2020-ci ili 2 milyon 486 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Finoko"nun xalis mənfəəti 2,2 dəfə azalıb.
Eləcə də bax: “İcraçı Kredit Agentliyi” kredit bazarında - GERİLƏYİB
FED.az xəbər verir ki, "Finoko" BOKT-un faiz gəlirləri 2020-ci ildə 5 milyon 65 min manat ikən, 2021-ci ildə 5 milyon 725 min manat təşkil edib. "Finoko"nun faiz xərcləri isə 2020-ci ildəki 897 min manatdan 2021-ci ildə 2 milyon 86 min manata yüksəlib. Eyni zamanda, ASC ötən il kredit zərərləri üçün ehtiyata 1 milyon 190 min manat ayırıb. Faiz xərclərinin artması və ehtiyata ayırma xalis mənfəətin düşməsinə səbəb olub.
Ötən il "Finoko" BOKT-un kredit portfeli (müştərilərə verilmiş kreditlər) 24,4% artaraq 23 milyon 956 min manata çatıb. 2020-ci ilin sonunda Təşkilatın kredit portfeli 18 milyon 561 min manat təşkil etmişdi.
"Finoko" BOKT ASC-nin təsisçiləri Elçin Əliyev (50%) və Elmar Əliyev (50%) qardaşlarıdır. ( Marja)