BOKT "Finex Kredit" ASC 2021-ci ili 312 min manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 197 min manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: "Asel Kredit" BOKT 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb - HESABAT
FED.az xəbər verir ki, "Finex Kredit" ASC-nin müştərilərə verilmiş kreditlər faiz gəlirləri 2020-ci ildə 2 milyon 209 min manat ikən, 2021-ci ildə 1 milyon 163 min manata düşüb.
Ötən il "Finex Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 43,5% azalaraq 3 milyon 569 min manata geriləyib. 2020-ci ilin sonunda təşkilatın kredit portfeli 6 milyon 316 min manat təşkil etmişdi. (Marja)