"Asel Kredit" BOKT MMC bank olmayan kredit təşkilatı 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci ildə BOKT-un gəlirləri 2 milyon 709 min manat təşkil edib. 2020-ci illə müqayisədə əməliyyat gəlirləri 11,6% artıb.
Əməliyyat gəlirlərinin 1 milyon 842,6 min manatı verilmiş kreditlər üzrə faizlərdən, 867,6 min manat isə kreditlər üzrə komissiya haqlarından formalaşıb.
2021-ci ildəki fəaliyyət üzrə "Asel Kredit" BOKT-un xərcləri 2 652 min manat təşkil edib.
Bunun 358 min manatı faiz xərcləri, 974 min manatı cəlb edilmiş kreditlər üzrə, 1 milyon 320 min manat isə qeyri-faiz (o cümlədən inzibati) xərclər təşkil edib.
Nəticədə 2021-ci ilin yekunlarına görə "Asel Kredit" BOKT MMC-nin əməliyyat mənfəəti 56,8 min manat təşkil edib. Bu məbləğdən 11,4 min manat mənfəət vergisi ödənilib.
Nəticədə BOKT 2021-ci ili 45,5 min manat xalis mənfəətlə başa vurub.
2021-ci ilin yekunlarına görə "Asel Kredit" BOKT MMC-nin aktivləri 7 milyon 61,6 min manat olub.
2021-ci ilin yekunlarına görə şirkətin kapitalı 1,3% artaraq 3 milyon 434,6 min manat təşkil edib.
Cəmi öhdəlikləri isə 3 627 min manat təşkil edib. 2020-ciilin yekunları üzrə BOKT-un cəmi öhdəlikləri 1 milyon manat və ya 21,5% azalıb.