İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Naxçıvan Bank" ASC-nin bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
“Naxçıvanbank”ın “E-kredit" BOKT-a çevrilməsi prosesinə - BAŞLANILDI
FED.az xəbər verir ki, yeni BOKT bağlanmış bankla eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İsa Bünyad oğlu İsayevdir. O, "Naxçıvan Bank"ın İdarə Heyəti sədrinin I müavini olub.
Xatırladaq ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib. (Report)