“Naxçıvanbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı, Azərbaycan Mərkəzi Bankına müraciət və Mərkəzi Bankın qabaqcadan yazılı razılığına əsasən “Naxçıvanbank” ASC-nin, “E-kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmə formasında yenidən təşkili prosesinə başlanıb.
“Naxçıvanbank” BOKT-a çevrilir
Bu barədə FED.az-a bankdan bildirilib. Qeyd edilib ki, “Naxçıvanbank” ASC-nin kreditorlarından xahiş olunur ki, 24 iyun 2024 tarixindən 24 avqust 2024 tarixinə kimi 60 təqvim günü müddətində tələblərinin qeydə alınması üçün aşağıdakı ünvanlara bank iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət etsinlər:
- Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 (Baş ofis)
- Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küç.,1 (Bakı filialı)