Hazırda fəaliyyətini dayandırmış “Qafqaz Lizinq” ASC 2018-ci ilin birinci yarısını mənfəətlə başa vurub.
FED.az ASC-nin yarımillik hesabatına istinadən xəbər verir ki, cari ilin birinci yarısnda “Qafqaz Lizinq”in faiz gəlirləri cəmi 99 manat olub. Bu da 2017-ci ilin sonuna nisbətən 28 606 manat azdır. Əməliyyat gəlirləri isə bu ilin 6 ayında 9 min 779 manat təşkil edib ki, ötən ilin sonuna nisbətən əməliyyat gəlirlərlərində 18 926 manat olub.
ASC-nin əməliyyat xərcləri 81 min 565 manat təşkil etdiyindən 71 min 687 manat əməliyyat zərəri yaranıb.
Amma, 106 min 834 manat fövqəladə gəlirlər hesabına “Qafqaz Lizinq” zərərini bağlayıb və əlavə 35 min 147 manat xalis mənfəət əldə edib.
FED.az şirkətin yarımillik hesabat istinadən bildirir ki, şirkətin cəmi aktivləri 4,3 dəfə azalaraq 2017-ci ilin sonundakı 3 milyon 262,8 min manatdan 766,3 min manata enib.
Şirkətin cəmi kapitalı da 4,3 dəfə azalaraq 3 milyon 255,4 min manatdan 750,6 min manata düşüb.
Qeyd edək ki, "Qafqaz Lizinq" səhmlərinin, 50% "NAB Holdinq"ə və 50%-i isə "Metin Limitet"ə məxsusdur.
“Qafqaz Lizinq” fövqəladə gəlirlər hesabına mənfəətə çıxıb
16:58
25 Sen 2018