«Qafqaz-Kredit» bank olmayan kredit təşkilatı (BOKT) 2016-cı ili olduğu kimi, 2017-ci ili də zərərlə başa vurub.
FED.az “Qafqaz- Kredit” BOKT-un “Mənfəət və Zərər” haqqında hesabatına əsasən bildirir ki, BOKT-un 2017-ci ilin yekunu üzrə faiz gəlirləri 186,7 min manat , faiz xərcləri isə 704 manat olub sonda xalis faiz gəlirləri ötən ilə nisbətətn 17,35% azalaraq 186 min manata enib.
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat ötən ilə nisbətən 88,76% azalaraq 18,1 min manat olub. Haqq və komissiya xərcləri 5,4 min manat , inzibati və digər əməliyyat xərcləri 160,7 min manat təşkil edib.
Sonda “Qafqaz- Kredit” BOKT 2017-ci ili 17,9 min manat zərərlə başa vurub. Xatırladaq ki, Bokt 2016-cı ili də 129,9 min manat zərələ başa vurmuşdu. Başqa sözlə, şirkətin zərəri 7,2 dəfə azalıb.
FED.az “Qafqaz- Kredit” BOKT-un “Balans” hesabatına istinadən xəbər verir ki, BOKT-un aktivləri 2017-ci ilin yekununda ötən illə müqayisə də 8,83% azalaraq 781,1 min manat, cəmi kapital isə 2,25% azalaraq 780,9 min manat olub.
Kredit portfeli 652,9 min manat təşkil edib.
Xatırladaq ki, “Qafqaz- Kredit” BOKT-un nizamnamə kapitalı 592 min manatdır.
"Qafqaz-Kredit" BOKT-un hesabatına buradan baxa biləriniz.