«PSG Finans» Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC 2019-cu il üzrə maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.
Eləcə də bax: “İDK” BOKT-nun vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, ötən il BOKT-un əsas gəlir mənbəyi – kredpt portfeli 3 dəfədən çorx artaraq 2,3 milyon manatdanq 7,6 milyon manata yüksəlib. Buna uyğun olaraq şirkətin faiz gəlirləri də təqribən o qədər sıçrayıb - 3 dəfəyə yaxın artaraq 604 min manatdan 1785 min manata yüksəlib. Faiz xərcləri isə 5 dəfəyə yaxın artaraq 38 mindən 187 min manata qalxıb.
Nəticədə xalis faiz gəliri 2,8 dəfə artaraq 1,6 milyona çatıb.
Qeyri-faiz gəliri 3 dəfə artaraq 146min manat, qeyri-faiz xərcləri isə 2,4 dəfə artaraq 700 min manata yaxınlaşıb.
Nəticədə «PSG Finans» BOKT-un vergidən əvvəlki mənfəəti 937 min manat olub, 129 min manatlıq mənfəət vergisini çıxandan sonra xalis mənfəət 808 min manat olub.
Xatırladaq ki, BOKT ötən ili 200 min manat zərərlə başa vurmuşdu.
Ötən il «PSG Finans» BOKT iqtisadi vəziyyətini xeyli möhkəmləndirib. Belə ki, şirkətin aktivləri 3,6 dəfə artaraq 3,1 milyon manatdan 11,1 milyon manata qalxıb. Əsas artım, yuxarıda deyildiyi kimi, kredit portfelinin payına düşüb – 3 dəfədən çox artaraq 7,6 milyon manat olub.
Şirkətin pul vəsaitləri isə 9,5 dəfə artaraq 2,7 milyon manata yaxınlaşıb.
Hesabat dövründə BOKT-un öhdəliklərindƏ də ciddi artım olub. Belə ki, öhdəlikləri 3 dəfə artaqaq 2,4 milyondan 7 milyon manata qalxıb. Bunun böyük hissəsi - 6,6 milyon manatı bank kreditləridir.
Bu dövrdə BOKT-un cəmi kapitalı da 5,8 dəfə artaraq 700 min manatdan 4,08 milyon manata yüksəlib.
Maraqlı məqam – 2018—ci ildə «PSG Finans» BOKT-uni səhmldar kapitalı, yəni səhmdarların şirkətə yatırdıqları vəsait 1,7 milyon idi, amma əvvəlki dövrlərdə yığılmış zərərlər onun 996 min manatını «yemişdi» və cəm kapital 704 min manata düşmüşdü. 2029-cu ildə isə səhmdarlar şirkətə əlavə 2,5 milyon manat yatırıblar və səhmdar kapital 4 250 min manata yüksəlib.
Əvvəlki illərin 188 min manatlıq zərəri də çıxılandan sonra hazırda «PSG Finans» BOKT-un cəmi ikapitalı 4 075 min manatdır, bu da kapital tələbini 13 dəfədən çox üstələyir.