“İDK” BOKT 2019-cu il üzrə heabatını açıqlayıb.
Eləcə də bax: "Pro Kredit" BOKT-un mənfəəti - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, BOKT faiz gəlirlərindən 269,4 min manat (18,5% və ya 42,1 min manat artım) olub. Kredit təşkilatının faiz xərcləri olmayıb. Qeyd edək ki, BOKT-un 2018-ci il üzrə də faiz xərci olmayıb.
2019-cu ildə “İDK” BOKT-un qeyri faiz xərcləri 272,2 min manat (2,6 dəfə və ya 167,8 min manat artım), qeyri faiz xərcləri 274,9 min manat (13,6% və ya 43,2 min manat azalma) olub.
2019-cu ildə BOKT-un xalis əməliyyat mənfəəti 266,7 min manat olub. Bu göstərici 2018-ci ilə görə, 19,7 dəfə və ya 253,2 min manat çoxdur. Xatırladaq ki, 2018-ci ildə BOKT-un xalis əməliyyat mənfəəti 13,5 min manat olmuşdu.
BOKT aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 64,1 min manat (7,6 dəfə və ya 55,9 min manat artım) və 16 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 186,6 min manat xalis mənfəətlə başa vurub. BOKT 2018-ci ilə görə mənfəətini 35,7 dəfə və ya 181,3 min manat artırıb. Qeyd edək ki, 2018-ci ildə BOKT-un xalis mənfəəti 5,2 min manat olmuşdu.
2019-cu ildə BOKT-un cəmi aktivləri 1 milyon 905,2 min manat (22,2% və ya 346,4 min manat artım), cəmi öhdəlikləri 176,3 min manat (10,7 dəfə və ya 159,8 min manat artım), cəmi kapitalı 1 milyon 728,9 min manat (12,1% və ya 186,6 min manat artım) olub.
BOKT 2019-cu ildə müştərilərə 1 milyon 40 min manat (1,2% və ya 12,9 min manat artım) kredit verib. Qeyd edək ki, 2018-ci ildəverilən kreditlərin məbləği 1 milyon 27min manat olmuşşdu.
Qeyd edək ki, BOKT kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyatlara 2019-cu ildə 79,2 min manat, 2018-ci ildə 261,8 min manat ayırıb. BOKT-un ehtiyyat ayırmaları 69,7% və ya 182,6 min manat azalıb.
2019-cu ildə BOKT-un banklar qarşısında öhdəliyi yaranıb. Belə ki, 2018-ci ildə banklar qarşısında öhdəliyi olmadığı halda, 2019-cu ildə 69 min manat öhdəliyi yaranıb.