Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarlarından biri – «FinexKredit» BOKT-da problemli kreditlərlə bağlı qərargah yaradılıb.
BOKT-dan FED.az-a bildirilib ki, prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn məsələlərin həllinin təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq göstərişinə əsasən “FinexKredit” Bank Olmayan Kredit Təşkilatında operativ qərargah yaradılıb.
Kredit təşkilatına müraciət etmiş vətəndaşlarla görüşlərin keçirilməsi üçün qəbulu həyata keçirən əməkdaşlar ayrılmış və onların təlimatlandırılması təmin edilmişdir. Vətəndaşlarla görüş üçün ayrıca otaq yaradılmış, onların Fərmandan irəli gələn məsələlərlə bağlı maarifləndirilməsi aparılır.
Qəbula gəlmiş vətəndaşların reyestri tərtib edilərək bütün məlumatlar və müraciətlər operativ şəkildə araşdırılır və AR MBNP-na gündəlik təqdim edilir.
Problemli kreditlərlə bağlı "Finex Kredit"dən - AÇIQLAMA
16:18
13 Mart 2019