2020-ci ilin mayında yaradılan və həmin ilin sentyabrında Mərkəzi Bankdan lisenziya alan “Prior Credit BOKT” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.
Eləcə də bax: “EmbaFinans” BOKT-un İdarə Heyətinin üzvlərindən biri - Dəyişib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Azər Hümbətovdur. O, bu rübdən artıq qeyd edilən vəzifənin icrasına başlayıb.
A.Hümbətov “ana şirkət” sayılan “Prior Leasing” ASC-nin 2019-cu ildən bu tərəfə baş icraçı direktorudur.