Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından biri «Premyer Kredit BOKT» 2022-ci ilin nəicələrini açıqlayıb.
Azərbaycan BOKT-ları 2022-ci iki belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – TAM SİYAHI
FED.az xəbər verir ki, 2022-ci ildə BOKT-un kredit portfeli üzrə faiz gəlirləri 13 min manat artaraq 218 min manat, faiz xərcləri isə 155 min manat olub.
Nəticədə şirkətin cəmi faiz gəlirləri 63 min maat olub, bu əvvəlki illə müqayisədə 2,3 dəfə artıqdır.
Şirkətin vergiyə qədərki mənfəəti 63 631 manat, bundan 12,7 min manat mənfəət vergisi ödəniləndən sonra isə xalis mənfəət 50,9 min manat olub.
2022-ci ildə «Premyer Kredit BOKT»un aktivləri 1 milyon 462 min manat, kredit portfeli 1 milyon 320 min manat təşkil edib.
Hər iki göstərici üzrə 2021-ci illə müqayisədə artım baş verib.
2022-ci ildə BOKT-un öhdəlikləri 1milyon 160 min manat təşkil edib. 2021-ci illə müqayisədə BOKT-un öhdəlikləri 60 min manat azalıb.
Əvəzində «Premyer Kredit BOKT»un cəmi kapitalı 60 min manatdan çox artaraq 301 min manatı keçib.
*PREMYER KREDİT BOKT" MMC, 31 dekabr 2022-ci il tarixinə Maliyyə Hesabatı və Müstəqil Auditor Rəyi