Azərbaycanda bəzi bank olmayan kredit təşkilatlarının (BOKT) bank kreditləri ilə işlədiyi sirr deyil.
FED.az xəbər verir ki, amma bəzi BOKT-lar tədricən fiziki şəxslərdən borc almağa üstünlük verirlər. Bunlardan biri «İdeal kredit» BOKT-dur.
Eləcə də bax: "İdeal Kredit" bağlanmış bankdakı - PULUNU ALA BİLMİR
FED.az «İdeal kredit» BOKT-un 2019-cu ili necə başa vurduğunu açıqlayıb. Amma bu təşkilatın
kredit siyasəti mənfəət və gəlirindən az maraqlı deyil. Beləliklə, 2019-cu ildə BOKT-un kredit portfeli 30%-ə yaxın və ya 900 min manat yüksələrək 4 milyon 378,6 min manat olub.
276,2 min manatlıq yaradılan ehtiyatları çıxanda xalis kredit portfeli 4 milyon 102,4 min manat təşkil edir.
Əsas işi fiziki şəxslərə istehlak krediti verməkdir
Bunun byöük hissəsi - 4 358,6 min manat fiziki şəxslərin, cəmi 20 min manat hüquqi şəxslərin payına düşüb.
Kreditlərin 2,4 milyon manatı istehlak kreditləridir, onların həcmi 30 min manat artıb (1,2%).
Lizinqə də başlayıb
Kredit portfelinin artımı daşınmaz əmlakın alınması və təmiri üçün verilən kreditlərin hesabına olub - 58% artımdan sonra bu kreditlər 591,5 min manata yüksəlib.
Maraqlı məqam – ötən ildən «İdeal kredit» lizinqə də başlayıb – bir ildə 881,4 min manat lizinq verilib və faktiki olaraq kredit portfelinin artımının böyük hissəsi onun hesabınadır.
Ticarət və istehsalata veriən krejitdərdə isə azama var – ticarətdə azama 15% təşkil edib və kredit portfeli 472,2 min manat olub. İstehsalata düşən kreditlərdə isə ikiqat azalma ilə 23 min manat qalıb.
«İdeal» kredit vermək üçün pulu hardan alır?
Hesabata görə, «İdeal kredit»in banklar və öz səhmdarlarına, eləcə də ayrı-ayrı fiziki şəxslərə 2,57 milyon manat borcu var.
Hesabatdan görünür ki, «İdeal»ın əsas bank partnyoru «Paşa Bank»dır - bütün borcları da bu bankadır, hər halda ötən ilə qədər belə olub. 2018-i ildə BOKT-un «Paşa»ya 1,7 milyon manat borcu olub, ötən il bu borc bağlanıb və dərhal yeni kreditlər götürüməyə başlayıb – amma daha kiçik məbləğlərdə.
2019-cu iliin 27 iyun, 21 avqust və 19 noyabr tarixlərində «İdeal Kredit» BOKT, «Paşa Bank» dan hər dəfəyə 100 min manat və illik faizi dərəcəsi 14% olmaqla 3 kredit götürüb. İlin axırına bu müqavilələr üzrə borc müvafiq olaraq 69 min manat, 74,5 min manai və 95 min manata düşüb. Ümumilikdə, onlardan və onun faizləri üzrə «Paşa bank»a 271 min manat borc yaranıb.
Öz səhmdarlarından və başqa şəxslərdən borc alır
«Paşa bank»dan başqa «İdeal kredit» öz səhmdarları və ayrı-ayrı fiziki şəxslərdən böyük məbləğdə borc alıb. Bu vəsaitlərin həcmi banka olan kreditdən daha yüksəkdir və onların böyük hissəsi dollarla götürülüb.
Belə ki, BOKT-un öz səhmdarları ona 350 min dollar və ya 595 min manat müddətsiz borc verib.
Amma əsas borc məbləğləri fiziki şəxslərdən götürülüb, hamısı da dollarda.
«İdeal kredit»in 4 belə müqaviləsi var. Onlardan 2-si 2017-də imzalanıb - 6 yanvar tarixli müqavilə ilə fiziki şəxsdən 97,8 min dollar borc alınıb və bu 2020-nin sonunda qaytarılmalıdır. Elə həmin ilin fevralında bağlanan müqavilə ilə fiziki şəxsdən 121,8 min dollar kredit alınıb və onun müddəti gələn ilin sonunda bitir.
2019-da isə BOKT 2 belə müqavilə bağlayıb, amma daha yüksək məbləğlərlə. Belə ki, 11 yanvarda fiziki şəxsdən 500 min dollar borc alınıb 2024-ün yanvarında qaytarılmalıdır.
6 noyabrda həmin məbləğdə götürüən yeni borc isə 2024-un noyabrında qaytarılmalıdır
Başqa sözlə, BOKT-un fiziki şəxslər qarşısında 1 milyon 158,8 min dollar və ya 1 milon 970 min manat öhdəliyi var.
Dollar borclarından ehtiyatlı olmalıdır
Dollarla alınan kreditlərin faiz dərəcəsinin «Paşa Bank»dakı manatla 14%-dən daha aşağı olması şübhəsizdir. Amma kreditin dollarda olması faktının özü BOKT üçün əlavə risklərin mövcud olması deməkdir. Hətta rəsmi məlumatlara görə, qarşıdakı 1-2 il ərzində hökumət manatın «üzən məzənnəsi»nə keçməyə hazırlaşır (2020-yə planlaşdırılsa da, bu baş vermədi, daha sonra 2021 və daha sonrakı müddət səsləndirilib).
Belə halda 2024-cü ilədək dollar kreditinin olması BOKT-u dəyişən dollar məzənnəsi ilə üz-üzə qoya bilər.
Doğrudur, dollarla götürülən vəsaitləri dollar qazancı olan hüquqi və fiziki şəxslərə kredit ayırmaqla (qanunvericilik dollar kreditlərini yalnız dollarla gəliri olanlara ayırmağa icazə verir) riskləri idarə etmək mümkündür. Amma kredit portfelinin böyük hissəsinin fiziki şəxslərin payına düşdüyünü və istehlak kreditləri olduğuun nəzərə alanda bunu etmək asan deyil.