Pakistan “MCB” bankının Azərbaycandakı törəmə kredit təşkilatının İdarə Heyətinin üzvü və baş mühasibi dəyişib.
“AzFinans” BOKT-un - RƏHBƏRİ DƏYİŞDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, “MCB Bank Olmayan Kredit Təşkilatı” QSC-nin səhmdarlarının qərarı ilə, Aslanov Sabir Mirzə oğlu İdarə Heyətinin üzvü təyin edilib.
Sabir Aslanov 2010-cu ildən BOKT-da satış departamentinə rəhbərlik edirdi.
Səhmdarların qərarı ilə o, bu vəzifədə Kərimov Elşən Ülfət oğlunu əvəz edib. Elşən Kərimov həmçinin BOKT-un baş mühasibi idi. Bundan sonra baş mühasib kimi Süleymanov Rəsul Nazim oğlu təyin edilib.
Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4.2 milyon manatdır. BOKT-nin səhmdarları 99,94%-lik payla Pakistanın “MCB Bank”ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.
“MCB Bank Olmayan Kredit Təşkilatı” QSC Azərbaycan Mərkəzi Bankından 12.11.2021 traixdə alınmış BKT- 42 saylı BOKT lisenziyası əsasında fəaliyyət göstərir.