Norveç kapitallı kredit təşkilatı “BOKT Viator MikroKredit Azərbaycan” MMC 2021-ci ildə xərclərinin artması səbəbindən xalis mənfəəti azalıb.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə BOKT-un illik audit hesabatında bildirilir.
BOKT-un faiz gəlirləri 1 368.77 min manat, yaxud qısa olaraq – 1.37 mln manat təşkil etmiş ( 2020-ci ildə: 1 347.34 min), faiz xərcləri 56.17 min manat (43.7 min manat), inzibati və digər əməliyyat xərcləri 1 425.85 min manat təşkil edib.
Bununla da 131.7 min manat xalis mənfəət əldə edib. Bu 2020-ci ildə 205.42 min manat idi.
“BOKT Viator MikroKredit Azərbaycan”ın aktivlərinin həcmi 2% azalaraq 6 685.4 min manat təşkil edib. Bunun da 6 734.32 min manatı əsas fəaliyyət istiqaməti olan müştərilərə veridiy kreditlərdir.
Ötən il BOKT öhdəliklərini 2 523.62 mln. manatdan 2 325.54 min manata endirib.
Öhdəliklərinin 1 783.28 min manatı müddətli borclar, 500 min manatı isə buraxılmış qiymətli kağızlar üzrədir.
BOKT Norveç Krallığının Viator AS şirkətinə məxsudur.