Qırğızıstan kapitallı «M Bulak Bank Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin (Mol Bulak) direktoru dəyişdi.
Eləcə də bax: “Prior Credit BOKT”un rəhbəri dəyişdi - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, BOKT-un direktoru Ernest Uraimov vəzifəsindən istefa verib.
Onun yerinə isə Altın Şakirova (Altyn Shakirova) təyin edilib.
E.Uraimov 2019-cu ilin fevralında direktor təyin edilmişdi. Həmin müddətə qədər isə Vüsal Qaragözov direktorluq edirdi.
Xatırladaq ki, «M Bulak Bank Olmayan Kredit Təşkilatı» 2005-ci ildə yaradılıb, 10.41 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i Qırğızıstanın “Gascoyne Investment Ltd.” şirkətinə məxsusdur. BOKT 2019-cu ili 2.8 milyon manat xalis mənfəətlə başa vurub.