Azərbaycanda qeyri-bank sektorunun iştirakçılarından olan «MJ Financial Services BOKT» QSC şirkəti 2022-ci ilin hesabatını açıqlayıb.
«Kəpəz BOKT» sürətlə böyüyür – MƏNFƏƏTİ 18 DƏFƏ ARTIB - HESABAT
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin faiz gəlirləri 2021-ci illə müqayisədə təqribən 2 milyon manat və ya 78% artaraq 4 milyon 482 min manat təşkil edib.
Faiz xərcləri isə demək olar dəyişməyib – 496 min manat.
Nəticədə 2022-ci ildə BOKT-un xalis faiz gəliri 2 dəfəyə yaxın artaraq 4 milyonq manat ətrafında olub.
Əvəzində 2022-ci ildə «MJ Financial Services BOKT»un inzibati xərcləri artıb – 2021-ci ildə 758 min manat olduğu halda, 2022-ci ildə 1 milyon 56 min manata çatıb.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 2 milyon 9129 min manat olub.
584 min manatlıq mənfəət vergisi ödəməsindən sonra «MJ Financial Services BOKT»un xalis mənfəəti 2 milyon 335 min manat təşkil edib.
Bu dövrdə BOKT-un aktivləri 3 milyon manat artaraq 10,3 milyon manatdan 13,2 milyon manata yüksəlib. Artımın böyük hissəsi kredit portfelinin hesabınadır – 10,2 milyon manatdan 12,5 milyon manata yüksəlib. Bundan başqa, BOKT-un nağd vəsaitləri 200 min manatdan çox artıb. Nəhayət, 2022-ci ildə BOKT istitfadə hüququ olan aktivlərini 200 min manata yüksəldib.
Bu dövrdə «MJ Financial Services BOKT»un öhdəlikləri də artaraq 9,2 milyon manatdan 10,6 milyon manata yüksəlib. Artımın böyük hissəsi istiqrazların hesabınadır – 760 min manat. Əlavə olaraq «MJ Financial Services BOKT» 2022-ci ildə 600 min manat borc alıb və bununla da kredit borclarını 1,3 milyon manata yüksəldib.
Gəlirlərin və mənfəətin artımı özünü kapital artımında büruzə verib – 2022-ci ildə BOKT-un kapitalı 2,5 dəfəyə yaxın artaraq 1067 min manatdan 2 643 manata yüksəlib.