Ötən ilin sonunda “Merkuri” bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin vaxtı keçmiş kreditlərinin həcmi 2 milyon 35 min manat olub.
Məmməd Məmmədov və Səbuhi Əzizova məxsus olan BOKT hesabatını - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 690,4 min manat və ya 51,3% çoxdur.
Belə ki, 2024-cü ilin sonunda “Merkuri” BOKT ASC-nin vaxtı keçmiş kreditlərinin həcmi 1 milyon 345 min manat olmuşdu.
Qeyd edək ki, ötən ilin yekununda BOKT-un müştərilərə verdiyi cəmi kreditlərin həcmi 8 milyon 892 min manat olub. Vaxtı keçmiş kreditlərin ümumi portfeldə payı 23% olub. 2024-cü ildə vaxtı keçmiş kreditlərin kredit portfelində payı 17,4% idi.













