“Merkuri” BOKT-u 2019-cu il üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: «PSG Finans» BOKT-un vəziyyəti məlum oldu – HESABAT
FED.az xəbər verir ki, kredit təşkilatı 2019-cu ildə faiz gəlirlərindən 1 milyon 197,8 min manat (134,9 min manat və ya 12,7% artım) əldə edib. BOKT-un faiz xərcləri isə 470,5 min manat (53 min manat və ya 12,7% artım) olub.
“Merkuri” 56 min manat kredit zərərlərinə ehtiyat ayırmalar etdikdən sonra xalis faiz gəliri 671,3 min manat olub. Bu 2018-ci ilin göstəricisindən 14,2 min manat və ya 2,2% çoxdur.
2019-cu ildə BOKT-un qeyri-faiz gəlirləri 165,5 min manat (42,6 min manat və ya 20,5% azalma), qeyri-faiz xərcləri 6,7 min manat (2,6 min manat və ya 63,7% artım) olub.
Nəhayət, “Merkuri” BOKT-u 51,3 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 205 min manat mənfəətlə başa vurub. Mənfəət 2018-ci il ilə müqayisədə 3,2 dəfə və ya 140,7 min manat artıb.
Qeyd edək ki, BOKT-un 2018-ci il üzrə mənfəəti 64,3 min manat olmuşdu.
BOKT-un 2019-cu ildə cəmi aktivləri 3 milyon 630,1 min manat (137,5 min manat və ya 3,9% artım), cəmi öhdəlikləri milyon 2 milyon 644,4 min manat (9,9 min manat və ya 0,4% azalma), cəmi kapitalı 985,7 min manat (147,3 min manat və ya 17,6% artım) olub.
BOKT 2019-cu ildə 2 milyon 352 min 882 min manat kredit verib. Bu 2018-ci ildə verilən kreditlərin məbləğindən 7,6% və ya 193,9 min manat azdır.