Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “FNC Bank Olmayan Kredit Təşkilatı” QSC kredit bazarında fəaliyyət göstərmək üçün lisenziya verilib.
Eləcə də bax: Bank əməkdaşı “FINCA Azərbaycan”da baş inzibatçı - Təyin Edilib
FED.az Banker.az-a istinadən xəbər verir ki, kredit təşkilatına lisenziya 30 sentyabr 2021-ci il tarixindən təsdiqlənib.
BOKT-un direktoru Ramiz Dadaşov təyin edilib. Ramiz Dadaşov bank sektorunda 18 ildən artıq təcrübəyə malikdir. O, 2020-ci ildə HEC Paris biznes məktəbinin EMBA proqramını bitirib.
Xatırladaq ki, “FNC BOKT” QSC 2021-ci ilin fevralında 300 min manat nizamnamə kapitalı ilə yaradılmışdır.
Bununla da Azərbaycanda AMB-nin lisenziya təqdim etdiyi BOKT-ların sayı 53-ə yüksəlib.