Azərbaycan Mərkəzi Bankı "Caspian Finance BOKT” MMC-nin, MM “Finca Azerbaijan” QBKT-nin, “Finex Kredit” BOKT ASC-nin, “Kəpəz” BOKT MMC-nin vvə “TCF” BOKT ASC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. Adı çəkilən kredit təşkilatlarının vəzifəli şəxsləri cəmi 8500 manat cərimələnib.
Azərbaycan BOKT-larını hansı şirkətlər yoxlayır? – Auditi kimə etibar edirlər? – BOKT-lar, ŞİRKƏTLƏR
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Caspian Finance BOKT" MMC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq MM “Finca Azerbaijan” QBKT-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “FinEx Kredit” BOKT ASC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Kəpəz” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “TCF” BOKT ASC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir.