“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) direktoru, Qırğızıstan vətəndaşı Ernest Uraimov vəzifəsindən azad edilib.
Eləcə də bax: “MolBulak BOKT”un rəhbəri dəyişdi – YENİ TƏYİNAT
FED.az xəbər verir ki, BOKT-a rəhbərlik yenə də adı çəkilən ölkənin vətəndaşı Altun Şakirovaya həvalə olunub.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir. (Report)