Qeyri-Bank

Lizinq şirkətlərinin 92%-i bu gündədir - ARAŞDIRMA

Lizinq şirkətlərinin 92%-i bu gündədir - ARAŞDIRMA | FED.az
09:07 1 Okt 2018

Azərbaycanda fəaliyyət göstərən 92 lizinq şirkətindən 85-i (təxminən 92,4%-i) maliyyə hesabatını açıqlamır.

FED.az xəbər verir ki, bu, aparılmış araşdırma nəticəsində məlum olub.

Maliyyə vəziyyətini ictimaiyyətdən gizli saxlamayan 7 lizinq şirkəti aşağıdakılardır:

 

1) "Aqrolizinq" ASC

2) "Finans Lizinq" ASC

3) "MCB Lizinq" QSC

4) "Qafqaz Lizinq" ASC

5) "Standard Lizinq" QSC

6) "Union Lizinq" ASC

7) "BTB Lizinq" ASC

 

Adları çəkilən lizinq şirkətlərindən 4-ü - "Finans Lizinq", "Qafqaz Lizinq", "Union Lizinq" və "BTB Lizinq" maliyyə hesabatlarını Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlanması Sistemində, qalan 3 lizinq şirkəti isə internet səhifələrində açıqlayır.

 

Yeri gəlmişkən, ölkədə saytı olan lizinq şirkətlərinin sayı da 7-dir. Onlar aşağıdakılardır:

 

1) "Azərbaycan Lizinq Şirkəti" MMC - www.ansar.az

2) "Aqrolizinq" ASC - www.agrolizing.gov.az

3) "Finans Lizinq" ASC - www.finanslizing.az

4) "MCB Lizinq" QSC - www.mcbleasing.az

5) "Pareks Lizinq ənd Faktorinq" MMC - www.parexleasing.az

6) "Qafqaz Lizinq" ASC - www.qafqazleasing.az

7) "Standard Lizinq" MMC - www.standardleasing.az

 

Maraqlıdır ki, internet səhifələrinin olmalarına baxmayaraq "Azərbaycan Lizinq Şirkəti", "Finans Lizinq", "Pareks Lizinq ənd Faktorinq" və "Qafqaz Lizinq" şirkətləri maliyyə hesabatlarını burada yerləşdirmir.

Daha bir maraqlı məqam isə dövlətə məxsus 2 lizinq şirkətinin - "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 100% törəməsi olan "Beynəlxalq Lizinq" QSC-nin, eləcə də "Naxçıvan Aqrolizinq" ASC-nin saytlarının olmamasıdır. Onlar heç maliyyə hesabatlarını da açıqlamırlar.

Digər xəbərlər