“Elit Kredit İttifaqı” MMC 2024-cü ili 20 982 manat xalis zərərlə başa vurub.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Halbuki, ötən il qurum 96 575 manat xalis mənfəət əldə edib.
Sair əməliyyat gəlirləri 2023-cü ildə 31 058 manat təşkil etmişkən, 2024-cü ildə bu göstərici 22 314 manat olub. Bu da 8 744 manat və ya 28,1% azalma ilə müşahidə olunub.
Əlavə olaraq, inzibati xərclər 20 615 manata enib ki, bu da keçən illə müqayisədə 2,1 dəfə azalma deməkdir.
Əməliyyat mənfəəti 151 931 manatdan 19 471 manata qədər düşüb. Bu, 132 460 manat və ya 7,8 dəfə azalma ilə xarakterizə olunub.
Daha ciddi dəyişiklik isə vergitutmadan əvvəlki mənfəətdə müşahidə olunub. Əgər 2023-cü ildə bu göstərici 108 047 manat təşkil edibsə, 2024-cü ildə şirkət 20 982 manat zərərlə çıxış edib.
Aktivlərdə də ciddi azalma baş verib.
Elit Kredit İttifaqının 2023-cü ildə 459 535 manat olan ümumi aktivləri 2024-cü ildə 191 015 manata düşüb. Bu da il ərzində 268 520 manat və ya 2,4 dəfə azalma deməkdir.
Pul vəsaitləri və onların ekvivalentləri 168 228 manat (və ya 2,2 dəfə) azalaraq 308 520 manatdan 140 292 manata enib.
Kapital 137 403 manat və ya 2 dəfə azalaraq 136 182 manata düşüb.
Öhdəliklər isə 2024-cü ildə 54 833 manata bərabər olub ki, bu da illik 268 520 manat və ya 2,4 dəfə azalma deməkdir.