Azərbaycanın kredit təşkilatları bu il hələlik zərərlə işləyirlər.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin ilk 3 rübünün nəticələri üzrə açıqladığı statistik göstəricilərdən məlum olur.
Palatanın məlumatına görə, bu ilin ilk 9 ayının yekununa görə, ölkədəki 47 kredit ittifaqının gəlirləri 1,8 milyon manat, xərcləri 0,8 milyon manat, əməliyyat mənfəəti 1 milyon manat təşkil edib.
Bununla yanaşı, krelit ittifaqları aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1,9 milyon manatlıq ehtiyat ayırıblar.
Nəticədə yekunda kredit ittifaqlarının xalis zərəri 0,9 milyon manat olub.