FED.az xəbər verir ki, “Kredit Evi” QSC – İnsan Resursları üzrə mütəxəssis axtarır.
“İR üzrə mütəxəssis” üçün tələblər:
Yaş həddi: 22-35 yaş
Cins: Qadın
Təhsili: Ali təhsil;
İş təcrübəsi: müvafiq sahədə 1 ildən yuxarı;
Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
Komputer bilikləri: MS Office proqramlarını - xüsusilə Word və Excel (1C-8.3 versiyanı bilənlərə üstünlük verilir)
Bilik və bacarıqlar:
Gərgin iş qrafikində işləmək bacarığı;
Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
Məsuliyyətli və diqqətli olmaq;
Komandada işləmə bacarığı;
Əmək məcəlləsini mükəmməl bilməli;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara diqqətlilik.
Vəzifə öhdəlikləri:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən işə qəbul və işdən azad olunan işçilərin sənədləşməsinin həyata keçirilməsi;
İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması;
Elektron hökumət portalında işləmək bacarığı;
Əmək müqavilələrinin hazırlanması;
Əmək kitabçalarının yazılması;
Vəzifə təlimatlarının hazırlanması;
Dövlət Qurumlarının tələb etdiyi hesabatların hazırlanması;
Vakansiyaların tərtib edilməsi və müxtəlif saytlarda yerləşdirilməsi;
CV-ləri dəyərləndirmək və ehtiyat bazası yaratmaq;
Digər kargüzarlıq işlərinin icra olunması.
Əlavə şərtlər:
Həftədə 6 iş günü: Həftə içi 5 gün 09:00 – 18:00, Şənbə günü 10:00-14:00;
AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
Əmək haqqı danışıq əsasında.
Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını (HR) e-məktubunuzun mövzu hissəsində göstəri. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.