Azərbaycan bazarına iki ildir daxil olan “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” QSC-nin rəhbəri dəyişib.
Eləcə də bax: Əsas səhmdarın adı rəhbərlikdən çıxarıldı, vəzifəsi İdarə Heyəti üzvünə - Ötürüldü
FED.az Banker.az-a istinadən xəbər verir ki, yarandığı gündən (15 aprel 2019-cu il) BOKT-un direktoru olan Mədət Rüstəmov Nadir oğlu vəzifəsindən istefa verib.
Onun yerinə Mövsüm Aydınov İlyas oğlu təyin edilib.
Mədət Rüstəmov həmçinin BOKT-un səhmdarıdır.
Qeyd edək ki, “MJ Financial Services BOKT” 300 010 manat nizamnamə kapitalına sahibdir.