“Kəpəz” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 176 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: «Regional» BOKT yenə zərər açıqlayıb - HESABAT
FED.az xəbər verir ki, BOKT-un maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 51,7% çoxdur.
Ötən il “Kəpəz”in vergiyəqədərki mənfəəti 220 min manat (57,1% çox), mənfəət vergisi ödəmələri isə 44 min manat (təxminən 86% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Kəpəz”in aktivləri 2,846 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Bunun 2,586 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə BOKT-un kredit portfeli 93,3% böyüyüb.
Hesabat dövründə “Kəpəz”in öhdəlikləri 96,6% artaraq 2,029 milyon manata, balans kapitalı isə 2,1 dəfə artaraq 818 min manata, o cümlədən nizamnamə kapitalı 86,7% artaraq 560 min manata çatıb.
“Renkinq”