“Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 34,4 %-nə nəzarət edən Əliyev Kazım sultan oğlu payını satıb.
FED.az xəbər verir ki, onun payını digər təsisçi Əbülfəz Əliyev Əlihəsən oölu alıb və öz payını 65,6 %-dən 100 %-ə çatdırıb. Onun BOKT-dakı paylarının sayı 20 000 təşkil edib.
Qeyd edək ki, yeni t'sisçi BOKT-a dərhal böyük vəsait - təqribən 800 min manat yatirib. Belə ki, 2022-ci ilədək “Kəpəz BOKT”- nizamnamə kapitalı 1 milyon 185 min manat təşkil edirdi. Şirkətin cari ili ilk yarımillik hesabatına əsasən onun nizamnamə kapitalı 2 milyon manata çatdırılıb.