“İşgüzar – Kredit İttifaqı” MMC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı açıqlanıb.
FED.az xəbər verir ki, kredit ittifaqı ötən ili 5,2 min manat xalis zərərlə bitirib. 2022-ci ildəki zərəri 5 min manat idi. Bu da o deməkdir ki, ittifaqın zərəri 1 il ərzində 200 manat, başqa sözlə 4% artıb.
Kredit ittifaqının əməliyyat gəlirləri və satışın maya dəyəri olmadığı üçün ümumim mənfəəti 1,5 min manat (14,4%) azalaraq 8,9 min manata düşüb.
Bundan başqa ittifaq inzibati xərclərini 1,4 min manat (9%) azaldaraq ötən ilin sonuna 14 min manata endirib.
“İşgüzar – Kredit İttifaqı” MMC ötən ilin sonuna 69,3 min manat cəmi aktivlərə və balans kapitalına malik olub. Göstəricilərdə 19,4 min manat (38,9%) artım qeydə alınıb.
Nizamnamə kapitalı isə 4 min manat təşkil edib və illik müqayisədə dəyişməyib.