“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı manatda istiqraz buraxmağı planlaşdırır.
Bu barədə FED.az BOKT un İdarə Heyətinin Sədri Aynur Əliyeva bildirib.
“Bazardan vəsait cəlb etmək üçün istiqraz buraxmaq istəyirik. Problemli kreditlər bağlı dövlət tərəfindən yardım oldu deyə istiqraz buraxmaq məsələsi bir qədər ləngidi. Amma istiqraz buraxmaq istəyimizlə bağlı aidiyyatı quruma müraciət etmişik” – deyə Aynur Əliyeva bildirib.
BOKT rəhbərinin sözlərinə görə, ilkin olaraq nə qədər istiqraz sata biləcəklərini öyrənib daha sonra yenidən istiqraz buraxmağı planlaşdırırlar.
“Bazar çox dəyişkəndir. Həm də kopmpensasiyalar ödəniləndən sonra artıq insanların nə edəcəklərini bilmək olmur. Bazar bir qədər qeyri-stabildir. Ona görə, hansı faizlə istiqrazın buraxılması vacib məsələdir.” – deyə o bildirib.
Aynur Əliyevanın sözlərinə görə birinci tranşda 100 min mantlıq istiqraz buraxmağı planlaşdırırlar. Əgər satışlar yaxşı olacağı təqdirdə yenə istiqraz buraxılacaq.
Həmçinin BOKT rəsmisi qeyd edib ki, ilikin olaraq istiqrazları qapalı yerləşdirilməsi planlaşdırılır. İstiqrazların bir neşə fiziki şəxsə təklif olunacağı bildirilir. Aynur Əliyevanın sözlərinə görə, müraciət edənlər BOKT un müştəriləri də ola bilər.
Aynur Əliyevanın sözlərinə görə, istiqrazların gəlirliyi 14-15% arasında dəyişəcək.