Bu il fevralın 1-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC – nin 25 milyon manatlıq ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Bir istiqrazın nominal dəyəri 1000 manat, hərrac qiyməti 1004, 5833 manatdır. İpoteka istiqrazları 3% gəlirlilik vəd edir. Faiz gəlirləri 6 aydan bir ödəniləcək.
Qiymətli kağızların tadavül müddəti 23 ildir. İstiqrazların anderrayteri Paşa Kapital İŞ QSC-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.