İnternational Kredit Təşkilatı Quba və Şirvan şəhəri filialları üzrə "filial müdiri" vakansiyasını elan edir.
Müdir üçün Tələblər :
• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
• Maliyyə/Kredit sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Daxili motivasiya və prinsipiallıq;
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
Vəzifə və öhdəlikləri:
• Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək).
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
• Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını və Şəhəri qeyd etməklə göndərə bilərlər.