“İnternational” Bank Olmayan Kredit Təşkilatı QSC-nin İcra aparatının rəhbərinə müşavir təyin edilib.
Eləcə də bax: Embafinans-da - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni təyin edilən müşavir maliyyə sektorunun tanınmış simalarından olan Nicat Novruzovdur.
Nicat Novruzov 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes İnzibatçılığı” fakültəsində bakalavr təhsili, 2008-2010-cu illərdə eyni universitetdə “Strateji idarəetmə” ixtisası üzrə magistr təhsili alıb. 2020-2022-ci illərdə isə İstanbul Universitetinin “İşletme Yönetimi” ixtisasi üzrə MBA təhsili alıb.
Əmək fəaliyyətinə isə 2011-ci ilin Oktyabr ayında “İnvest kredit” (Molbulak) BOKT-da Kredit mütəxəssisi kimi başlamış, 2013-cü ilin yanvarından isə eyni təşkilatda Filial müdiri vəzifəsinə qədər yüksəlmişdir.
2014-2017-ci illərdə “Merkuri” BOKT-un Kredit departamentinin direktoru kimi çalışıb.
2017-2022-ci illərdə “Kredit Evi” QSC-də Direktor müavini və daha sonra isə Müşahidə Şurasının Sədrinin Müşaviri vəzifəsində çalışıb.
N.Novruzov eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetinin “İqtisadiyyat” kafedrasında müəllim kimi də fəaliyyət göstərir.
O, “Kreditləşmənin Əsasları” adlı kitabın müəllifidir.