Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «İnkişaf Üçün Maliyyə» BOKT-un 2019-cu il üzrə hesabatı açıqlanıb.
Eləcə də bax: «ASEL kredit» BOKT-un vəziyyəti məlum oldu – HESABAT
FED.az xəbər verir ki, ötən il BOKT-un faiz gəlirləri əvvəlki illə müqayiədə 48% artaraq 3 milyon 88,8 min manat, faiz xərcləri isə 5,5 dəfə artaraq 191,5 min manat olub.
2019-cu ildə BOKT mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 1 milyon 953,5 min manat geri çəkib, nəticədə ili 4 milyon 851 min manat xalis faiz gəliri ilə başa vurub.
BOKT-un inzibati xərcləri demək olar dəyişməyib – 1 milyon 628,6 min manat, haqq və komissiya xərclərində isə iki dəfə artım var – 118 min manat.
Nəticədə BOKT 2019-cu ili 3 milyon 258 min manat mənfəətlə başa vurub, mənfəət vergisi üzrə 82 min manat faydanı da nəzərə alanda xalis mənfəət 3 milyon 340,3 min manat təşkil edib.
Bu, əvvəlki illə müqayisədə 1 milyon 130 min manat və ya 51,2% artıqdır.
2019-cu ilin nəticələrinə görə, «İnkişaf Üçün Maliyyə» BOKT-un aktivləri 96,6% və ya təqribən 2 dəfə artaraq 4,55 milyon manatdan 8,95 milyon manata yüksəlib.
Bu dövrdə BOKT-un kreditləri 63,4% artaraq 5 milyon 75 min manata yüksəlib. Şirkətin öhdəlikləri isə 41% artaraq 2,57 milyon manatdan 3,63 milyon manata yüksəlib.
O cümlədən borc alınan vəsaitlər 51% artaraq 2,1 milyon manatdan 3,2 milyon manata yüksəlib.
BOKT-un bütün ötənilki mənfəəəti kapitala oturdulub və nəticədə cəmi kapital 2,7 dəfə artaraq 2 milyon ma7natdan 5,3 milyon manata yüksəlib. Bu məbləğin təqribən 4,9 milyon manatı bölüşdürülməmiş mənfəətdir.