«ASEL kredit» BOKT MMC 2019-cu ilin nəticələri üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: «Azəri Star Mikromaliyyə» bütün kreditlərini "sıfırlayıb" – HESABAT
FED.az BOKT-un maliyyə göstəricilərinə əsasən xəbər verir ki, ötən il «ASEL kredit»in faiz gəlirləri 12,1% artaraq 1 milyon 381 min manat olub. Kreditlərdən daxil olan komission haqlar isə 53% artaraq 591,7 min manat təşkil edib.
2019-cu ildə «ASEL kredit» valyuta məzənnəsinin dəyişməsindən 8 min manat itirib nəticədə əməliyyat gəliri 1 milyon 972 min 742 manat olub.
Ötən il BOKT-un faiz xərcləri 711 min manat (1,3% artıb), qeyri faiz xərcləri isə 1 milyon 221,6 min manat (37,5% artıb) təşkil edib.
Nəticədə «ASEL kredit»in əməliyyat mənfəəti 40052 manati təşkil edib (44% artıb).
8,3 min manat m ənfəət vergisi ödənişindən sonra BOKT ili 31,7 min manat xalis mənfəətlə başa vurub. Bu 2018-ci illə müqayisədə 30% artıqdır.
Ötən il «ASEL kredit»in cəmi aktivləri 5,4% artaraq 8 milyon 568,4 min manata çatıb.
Bununla yanaşı, BOKT-un kredit portfeli 1,8% azalaraq 3 milyon 856,5 min manata olub. Əvəzində şirkətin debitor borcları 7,2 dəfə artaraq 154 min manatdan 1 milyon 110 minə yüksəlib.
2019-cu ildə «ASEL kredit»in kapital göstəricilərində böyük artım olub.
Şirkətin nizamnamə kapitalı 4 dəfəyə yaxın arntaraq 800 min manatdan 3 milyona çatıb, cəmi kapital isə 3 dəfə artaqa 3 milyon 333 min manata çatıb.
Ötən il «ASEL kredit» 3 milyon manata yaxın kreit qaytarıb və nəticədə uzunmüddətli kredit öhdəlikləri 6 milyon 856 min manatdan 3 milyon 845 min manata düşüb.
Əvəzində qısamüddətli öhdəlikləri 5 dəfə artaraq 174 min manatdan 886 min manata yüksəlib.
Şirkətin cəmi öhdəlikləri 5 milyon 235,7 min manat təşkil edib (25% azalma).