Bank Olmayan Kredit Təşkilatı “Falcon Finance” MMC-nin nizamnamə kapitalı 67% artırılıb.
Eləcə də bax: Bankın departament direktoru BOKT-a rəhbər - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, BOKT-un nizamnamə kapitalı 300 min manatdan 500 min manata qaldırılıb.
“Falcon Finance” BOKT-un nizamnamə kapitalının 1 yanvar 2021-ci il tarixinə görə, 50%-i Səxavət İmanov və 50%-i Vüsal Tağıyevə məxsusdur.
“Falcon Finance” BOKT 2020-ci ili 17 min manat zərərlə başa vurub. Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 529 min manat olub ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. Bunun 447 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 21 dəfə böyüyüb.