Oktyabrın 28-də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında olacaq.
Eləcə də bax: “Finoko” BOKT nizamnamə kapitalını 2,15 dəfə - ARTIRIB
Yığıncağın gündəliyinə “Finoko”nun Azərbaycan manatı və ABŞ dollarında istiqazların emissiyası və yeni səhmlərin emissiyası ilə nizamnamə kapitalının artırılması məsələləri daxildir.
Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Hazırda onun nizamnamə kapitalı 4 milyon 855 min manatdır. BOKT-un səhmdarları hər biri 50%-lik payla Əliyev Elçin Rəşid oğlu (Müşahidə Şurasının sədri) və Əliyev Elmar Rəşid oğludur (Müşahidə Şurasının üzvü).
Marja