“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 416 min manat xalis mənfəəətlə başa vurub.
Eləcə də bax: “Viator Mikrokredit Azərbaycan” BOKT-un xalis mənfəəti - 20 Dəfə Azalıb
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 47,5% çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 520 min manat (illik müqayisədə 47,7% çox), mənfəət vergisi ödəmələri isə 104 min manat (48,6% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 4,646 milyon manat olub ki, bu da illik müqayisədə 1,2% çoxdur. Bunun 3,709 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 9,6% kiçilib.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 11,3% azalaraq 2,86 milyon manata düşüb, balans kapitalı isə 30,4% artaraq 1,785 milyon manata çatıb.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75% payla Qubad Qubadov (direktor) və 25% payla Xuraman Qubadovadır. (Report)