Azərbaycanda fəaliyyət göstərən “İcraçı Kredit Agentliyi” BOKT-u 2019-cu ilə olan hesabatını açıqlayıb.
Eləcə də bax: "Embafinans" BOKT-un səhmləri - DÖVLƏT QEYDİYYATINA ALINIB
FED.az xəbər verir ki, BOKT-un 2019-cu ildə faiz gəlirləri 69 min 164 manat (55,8% və ya 24 min 767 manat artım), faiz xərcləri 288 min manat olub.
BOKT-un 2019-cu il üzrə xalis faiz gəlirləri 55,1% və ya 24 min 479 manat artaraq 68 min 876 manat olub. Xatırladaq ki, 2018-ci ildə bu göstərici 44 min 397 manat olmuşdu.
BOKT-un haqq və komissiya xərcləri 933 manat, inzibati və digər əməliyyat xərcləri 186 min 36 manat, digər xərcləri 139 min 554 manat, digər gəlirləri isə 120 min 621 manat olub.
Nəticədə BOKT-un 2019-cu ildə vergidən əvvəlki mənfəəti 14 min 249 manat olub ki, bu göstərici 2018-ci ilə görə 64 min 412 manat və ya 5,5 dəfə azalıb. Qeyd edək ki, BOKT-un vergidən öncəki mənfəət 2018-də 78 min 661 manat olub.
BOKT 18 min 896 manat xalis gəlir əldə edib. Xalis gəlir 2018-ci ilin xalis gəlirindən 2,4 dəfə və ya 11 min 254 manat çoxdur.
BOKT-un cəmi aktivləri 3 milyon 91 min 687 manat olub. Cəmi aktivlər 2018-ci ilə görə 472 min 232 manat və ya 18% artıb.
“İcraçı Kredit Agentliyi” BOKT-nun cəmi öhdəlikləri 2,6 dəfə və ya 468 min 455 manat artaraq 761 min 63 manat, cəmi kapital isə 3 min 687 manat və ya 0,16% artaraq 2 milyon 330 min 624 manat olub.
BOKT 2019-cu ildə müştərilərə 1 milyon 972 min 113 manat kredit verib. Bu 2018-ci ildə müştərilərə verilən kreditdən 68 min 489 manat və ya 3,6% çoxdur.
Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” BOKT-nun 2018-ci ildə cəmi aktivləri 2 milyon 619 min 545 manat, cəmi öhdəlikləri 292 min 608 manat, cəmi kapitalı 2 milyon 326 min 937 manat olub.
31 dekabr 2019-cuil tarixinə “İcraçı Kredit Agentliyi” BOKT-un işçilərini 9 fiziki şəxs (2018-ci il: 11 fiziki şəxs) təmsil edir. 31 dekabr 2019-cu tarixinə hüquqi şəxslər bəndinə 7 hüquqi şəxs daxildir (31dekabr 2018-ci il: 9 hüquqi şəxs). Təşkilatın nəzarətini həyata keçirən şəxs Arif Əliyevdir.