"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.
Eləcə də bax: "Finex Kredit" BOKT 1-ci rübü mənfəətlə başa vurub - RƏQƏMLƏR
FED.az xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
***
"Embafinans"ın direktoru Samir İskəndərov bildirib ki, həqiqətən də bu il, fevralın 3-də rəhbərlik etdiyi BOKT-un hər birinin nominal dəyəri 1 000 manatdan ibarət olan 10 min ədəd səhminin emissiyası dövlət qeydiyyatına alınıb. Amma məqsəd söhbət kapitalı deyil: "Ötən ilin sonlarına yaxın "Embafinans" təşkilati-hüquqi formasını MMC-dən QSC-yə dəyişib. Bununla əlaqədar dövriyyəyə səhm buraxılması zərurəti yaranıb və BOKT sözügedən emissiyanı dövlət qeydiyyatından keçirib və yeni təşkilati-hüquqi formaya keçid prosesi tamamlanıb".
Report