Azərbaycanda lizinqlə mal və avadanlıq satışında ciddi yenilik gözlənilir. FED.az xəbər verir ki, gələn il dəyişməsi gözlənilən Vergilər Məcəlləsində lizinqlə bağlı ciddi məhdudiyyət əksini tapıb.
Belə ki, yeniliyə əsasən, gələn ildən etibarən lizinq əməliyyatları zamanı alıcı tərəf yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ola bilər. Bu o deməkdir ki, gələn ildən etibarən yalnız VÖEN-i olan şəxslər lizinqlə mal ala biləcəklər.
Adi vətəndaşların lizinq əməliyyatları 18% ƏDV-yə cəlb ediləcək. Nəticədə onlar eyni malı 18% daha yüksək qiymətə almalı olacaqlar.
İlk baxışdan bu həlli asan məsələdir – istənilən vətəndaş lizinqlə mal almaq istədikdə fərdi sahibkar kimi qeydiyyatdan keçərək VÖEN ala və əməliyyatı həyata keçirə bilər.
Amma Azərbaycan qanunvericiliyinə görə, bəzi vətəndaşların bizneslə məşğul olması qadağandır. Bunlar, dövlət qulluqçuları, həbçilər, polislər və sair müvafiq qurumlarda çalışanlardır.
Nəticədə lizinqlə bağlı yeniliyin tətbiqi həmin şəxslərin lizinqlə mal almaq şərtlərini ağırlaşdıracaq.
Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı ətraflı məlumatı buradan almaq olar.