“Fintrend” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
21 günlük müddətə 20 manat kredit verən «AZPUL» – BÖYÜK PULLAR QAZANMAĞA BAŞLAYIB - HESABAT
Qurban Əsgərovun BOKT-u ümidsiz kreditlərin hesabına - 1,3 MİLYON MANAT QAZANIB – HESABAT
“Azmikroinvest BOKT" mənfəətdən zərərə keçib – KAPİTALINDAN «YEMƏYƏ» BAŞLAYIB - HESABAT
«TCF BOKT» yarımçıq hesabat açıqladı - MƏNFƏƏTİ 3 DƏFƏ AZALIB – HESABAT
İllik 48%-lə kredit verən «Azərbaycan Mikro-Kredit BOKT»un zərəri artır - KAPİTALI «ƏRİMƏYƏ» BAŞLAYIB - HESABAT
«Qohum» şirkətindən faizsiz borc alan «City Finance BOKT»un - VƏZİYYƏTİ MƏLUM OLDU
Böyük zərərlər edən «SF Azerbaijan BOKT» sürətilə kiçilir – KAPİTALI MƏNFİYƏ DÜŞÜB –ŞİRKƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, ötən il şirkətin faiz gəlirləri 1 milyon 164 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 1 milyon 42 min manat yaxud 9,4 dəfə çoxdur.
Faiz xərcləri 779 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 748 min manat, yaxud da 25,4 dəfə çoxdur.
Beləliklə xalis faiz gəlirləri 385,5 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 293 min manata yaxın, ya da 4,1 dəfə artım deməkdir.
BOKT-un digər gəlirləri 4 dəfəyə yaxın artaraq 310 min manat olub.
2022-ci ildə “Fintrend” BOKT inzibati və əməliyyat xərcləri təqribən 132 min manat təşkil edib, əvvəlki illə müqayisədə BOKT bu xərclərə 3 qat qənaət edib.
Digər xərclər 139,5 min manat olub.
“Fintrend” BOKT 2022-ci ildə də mənfəət vergisi ödəməyib, beləlilkə illik xalis mənfəəti 413 min manat olub. 2021-ci ildə isə “Fintrend” BOKT 159 min manat zərərdə idi.
2022-ci ildə “Fintrend” BOKT şirkətinin aktivləri 18 milyon 855 min manat olub. Bu da 2021-ci illə müqayisə 18 milyon 13 min manat yaxud 22,4 dəfə çoxdur. 2021-ci lin sonunda “Fintrend” BOKT-un cəmi 840 min manat aktivi vardı.
Aktivlərin 18 milyon 2 min manatını BOKT-un “çörək ağacı” yəni müştərilərə verilmiş kreditlər təşkil edir – bu göstərici də 48 dəfə artıb, 2021-ci ildə kredit portfeli cəmi 372 min manat idi.
Digər aktivlərin həcmi 630 min manat təşkil edib ki, bu göstərici də əvvəlki illə müqayisədə 90% artıqdır.
2022-ci ildə “Fintrend Kredit” BOKT-un öhdəlikləri 18 milyon 123 min manatı keçib – ililk müqayisədə 24,2 dəfə artım var.
Öhdəliklərin 17 milyon 344 min manatını müddətli borc öhdəlikləri təşkil edir. Ötən il isə “Fintrend” BOKT-un belə borcları 368 min manat idi. Başqa sözlə, 2022-ci ildə təqribən 17 milyon manat borc alan BOKT kreditləşməyə ciddi şəkildə başlayıb və mənfəətə çıxa bilib.
2022-ci ildə “Fintrend” BOKT-un cəmi kapitalı 732 min manat təşkil edib. Bu da 2021-ci illə müqayisədə 8 dəfə artıqdır – 2021-ci ilin sonunda BOKTun 206 min manat zərəri yığılmışdı və cəmi kapitalı 93 min manata düşmüşdü.
Əvəzində 2022-ci ildə nizamnamə kapitalını 225 min manatı artırılaraq 2022-ci ildə 525 min manata çatdırılıb.
Bölüşdürülməmiş mənfəət 207 min manata yaxın olub. Halbuki 2021-ci ildə şirkət 206 min manat zərərdə idi.